Dünya futbolu

“Fənərbaxça”nın onun üçün Stoxu göndərməyə hazırdır

“Fənərbaxça”nın “10 nömrə” mövqeyinə transfer üçün çalışmaları davam edir.

İdmanxeber.com-un məlumatına görə, “Tvente”nin mərakeşli futbolçusu Hakim Ziyeç “sarı lacivərtlilər”lə anlaşmaya yaxındır.

İstanbul təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün 8 milyon avronu gözdən çıxardıb. Tərəflər sabah sonuncu dəfə bir masa arxasına əyləşməsi gözlənilir.

Qeyd edək ki, oyunçunun transferi üçün çatışmayan 2,5 milyon avro Miroslav Stoxun satışından əldə ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43