Dünyadan

“Fənərbaxça”nın təyyarəsində qəza

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” bu gün İngiltərəyə yola düşüb.

İdmanxeber.com xəbər verir ki, İstanbul klubunu Mançesterə aparan təyyarə Budapeştdə məcburi eniş etməli olub. Təyyarənin ön şüşəsinə quş çırpıldığından, təyyarə Macarıstanın paytaxtında yerə enib. Məlumata görə hər şey qaydasındadır və qısa müddətdən sonra Budapeştə İstanbuldan yeni təyyarə uçacaq.

“Fənərbaxça” yeni təyyarəni gözləyəcək və Mançesterə uçacaq. Əlavə edək ki, Dik Advokaatın mətbuat konfransı və komandanın oyunöncəsi son məşqində yubanma olacaq. 

Qeyd edək ki, “Mançester Yunayted” – Fənərbaxça” oyunu sabah, Bakı vaxtıyla saat 23:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43