Kateqoriyasız

“Fənər”in prezidenti “od püskürdü”: “Ona pul verdiyimi sübut eləsələr, özümü Boğaz körpüsündən ataram”

"Fənərbağça"nın prezidenti Əziz Yıldırım verdiyi açıqlamalarla gündəmə gəlib.

"Sarı-lacivərdlilər"in başqanı mətbuat konfransı təşkil edərək klubunun adının danışılmış oyunlarda hallanması və bu kimi digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

"Şike" səbəbi ilə ÇL-dən uzaqlaşdırılan Yıldırım, bunları deyib:

"Mənim hər şeyim ortadadı. Həbsxanaya düşməyə razıyam, təki hər kəs rahat olsun. Amma heç vaxt oyun alqı-satqısında iştirak eləməmişəm. Bütün sənədlər burada, istənilən şəxs istənilən matçı soruşa bilər. İbrahim Akına 100 min avro verdiyim deyilir. Bəzən 100 min avro, bəzən də 100 min TL yazırlar. Mənə sübut eləsinlər ki, bu qədər pulu nə vaxt vermişəm, hansı banka yatırmışam… Ona pul verdiyimi sübut eləsələr, özümü Boğaz körpüsündən ataram. Bunu məhkəmədə də söylədim. Mənim kimi iddiaları olan varsa, ortaya çıxsın".
 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43