Kateqoriyasız

“Ferentsvaroş”a Bakıda oynamaq çətin olacaq” – Aleksandr Səmədov

“Ferentsvaroş” nizam-intizamlı, taktiki cəhətdən yaxşı hazırlanmış komandadır. Stanislav Çerçesov komandada nizam-intizamı necə qurmağı bilir. “Qarabağ” üçün də dəqiq asan olmayacaq. Amma “Qarabağ” da yaxşı komandadır. Ona görə də hər hansı proqnoz vermək çətindir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Səmədov deyib.

Əslən azərbaycanlı futbolçu bu görüşdə macarlar üçün çətin olacağını bildirib:

“Ferentsvaroş” üçün Bakıda “Qarabağ”la qarşılaşmaq asan olmayacaq. Mən bildiyimə görə, “Qarabağ”ın yaxşı heyəti var və həmin futbolçulara layiqli əvəzləyici tapacaqlar. Təbii ki, komanda əsas oyunçusunu itirərsə, bu, işi çətinləşdirir. Amma ilk oyun Bakıda keçiriləcək. Azarkeşlər dəstək olacaqlar. Məncə, bu amilə görə “Ferentsvaroş”a Bakıda oynamaq çətin olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə 22:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43