Dünya futbolu

“Ferentsvaroş”a Çempionlar Liqasında oynamaq üçün gəldim” – Ovusu

“Qarabağ”dan “Ferentsvaroş”a keçən Kvabena Ovusu yeni komandası barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu Ağdam təmsilçisinin Macarıstan klubu ilə üz-üzə gəldiyi oyunu xatırlayıb:

“Ferentsavoş”la qarşılaşanda rəqibin bizə çətin anlar yaşadacağını demişdim. Çünki onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən də tam gücümüzlə mübarizə aparmalıydıq. Komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq”.

“Ferentsvaroş” qanalı ilə müqavilə müddətini açıqlamayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43