Kateqoriyasız

“Ferentsvaroş”un prezidenti: “…uçmaq zamanıdır”

“Qarabağ”ın ÇL-dakı rəqibi “Ferentsvaroş”un prezidenti Qabor Kubatov instaqram hesabında paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, Macarıstan klubunun rəhbəri ağdam klubu ilə cavab görüşü öncəsi futbolçularına səslənib:

“Yaşıl qartallar uçmaq zamanıdır. Çərşənbə axşamı saat 20:00-da “Ferentsvaroş” – “Qarabağ” matçı var. İrəli uşaqlar, mübarizə aparıb, davam etmək zamanıdı”.

Xatırladaq ki, “Qarabağ” – “Ferentsvaroş” matçı 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasında ikinci görüş avqustun 9-da Bakı vaxtilə 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43