Ölkə futbolu

Fərhad Vəliyev azarkeşlərə səsləndi

"Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma "Visla" ilə oyun yadımdadır. Həmin oyunu kim unudar ki? Lənkəranda baş tutan oyunda isə komandamız çox yaxşı oynadı. Hər kəs sona qədər mübarizə apardı".
Bu sözləri "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqanın 11-ci turu çərçivəsində "Xəzər Lənkəran"la baş tutan oyundan (3:0) sonra deyib.
Klubun rəsmi saytına danışan F.Vəliyev Lənkərandakı görüşdə penalti zərbəsini dəf etməsinə də münasibət bildirib: "Çox vacib qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki, inanırdım özümə. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidir ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çxırsa, komanda uğrunda mübarizə aparır.
Uğurumuzun əsas səbəbi budur. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə dəstək olsunlar sonuna qədər. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43