17 Sentyabr 2024
Dünya futbolu

Fernandes “Çelsi”də qalacaq

“Çelsi”nin futbolçusu Enso Fernandes klubdakı gələcəyi haqda açıqlama verib.

İdmanxeber.az məlumat verir ki, argentinalı yarımmüdafiəçi “zadəganlar”da qalmaq istədiyini söyləyib:

“Çelsi”dən ayrılmaq istəmirəm. Burada özümü çox yaxşı hiss edirəm. Kluba gəldiyim ilk gündən belədir. Komanda yoldaşlarım, məşqçilər, rəhbərlik mənə çox yaxşı münasibət göstərir. Nə qədər istəyirlər, burada qalacağam.

Getmək istəməyimlə bağlı şayiələrin haradan çıxdığını bilmirəm, amma bunlar hamısı yalandır”.

23 yaşlı futbolçu bu mövsüm 30 oyunda 7 qol vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43