Dünyadan

Fernando Torres aşağı liqa klubuna keçir

İspaniya millisinin üzvü Fernando Torres Madridin “Atletiko” klubunu tərk etməyə hazırlaşır.

Təcrübəli futbolçu karyerasını yenidən İngiltərədə davam etdirəcək. “Marca” və “El Mundo Deportivo” qəzetlərinin yaydığı xəbərə görə, onun xidmətində İngiltərə çempionşipində mübarizə aparan “Nyukasl” klubu maraqlıdır. Belə ki, hazırda komandanın baş məşqçisi vaxtı ilə “Liverpul”da Torresin məşqçisi olmuş Rafael Benitesdir. Təcrübəli çalışdırıcı sabiq futbolçusunun transferini israrla istəyir.

Məlumata görə, “Atletiko” ilə yayda müqaviləsi başa çatacaq 32 yaşlı hücumçu yay bu ay, ya da iyul ayında “Nyukasl”la münasibətlərini rəsmiləşdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43