16 Sentyabr 2024
Ölkə futbolu

“Fernandu Santuş dünyada tanınmış baş məşqçidir” – Sərxan Hacıyev

“Fernandu Santuş dünyada tanınmış baş məşqçidir. O, 2014-cü ildə Yunanıstan millisini dünya çempionatının final mərhələsinə çıxarmış təcrübəli mütəxəssisdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimində deyib.

70 yaşlı çalışdırıcının Portuqaliya yığması ilə Avropa çempionu olduğunu xatırladan S.Hacıyev ona çox inandıqlarını bildirib: “Məqsəd 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır. O da millimizin bir neçə oyununa baxıb və komandaya güvəndiyini söyləyib. İnanıram ki, onun rəhbərliyi altında müsbət nəticələr qazanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43