Ölkə futbolu

“Fernandu Santuşdan böyük bir nəticə gözləmirəm” – Əfran İsmayılov

“Xeyirli, uğurlu, faydalı olsun. Fernandu Santuşun milliyə necə xeyir verəcəyini zaman göstərəcək. Məncə, böyük məşqçidi, kifayət qədər nəticələri var. Avropa çempionu olub. Amma son vaxtlar enişdədi. Ümid edək ki, bizim vasitəmizlə daha yuxarılara qalxar. Açıq deyim ki, ondan böyük bir nəticə gözləmirəm. Amma nə qədər yaxşı olsa, bizim üçün xeyirli olar. Çünki Azərbaycanın adını təmsil edəcək”.

Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq üzvü Əfran İsmayılov yığma komandaya portuqaliyalı mütəxəssis Fernanda Santuşun təyin olunması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Yerli mütəxəssis olmayacağı gözlənilən idi. Hər kəs bilirdi ki, əcnəbi məşqçi gələcək. Artıq bundan sonra nəsə danışmağa da ehtiyac yoxdu. Rəsmən açıqlanıbsa, uğurlar arzulamaq lazımdı. Təki Azərbaycan millisi üçün yaxşı olsun. Santuşun uğurlu olması üçün dua eləmək lazımdı”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43