20 Sentyabr 2024
Ölkə futbolu

“Fernandu Santuşun millidə uğur qazanacağı inandırıcı deyil”

“Fernandu Santuş Portuqaliya millisi ilə nəticə verib, Avropa çempionu olub. Amma daha sonra Polşa yığması və “Beşiktaş” komandaları ilə uğursuz nəticələr verib”.

Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq üzvü Rahid Əmirquliyev yığma komandaya Fernandu Santuşun təyin olunmasına münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:

“Santuşun yaşı da o yaş deyil. Hamımız istəyərik ki, millidə uğur qazansın. Ancaq bu mənə inandırıcı gəlmir. Dəyişiklik edəcəyinə inanmıram. 

Onun yerinə yerli mütəxəssis təyin edilib vaxt verilsəydi, daha yaxşı olardı. Ən azından bundan pis olmazdı. Amma artıq bunları danışmağın mənası yoxdu. Ümid edək ki, milli bizi qələbələrlə sevindirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43