Ölkə futbolu

“Fərqli tapşırıqlar vermişdim”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Atletiko” (Madrid) klubunun U-16 komandası arasında keçirilmiş yoldaşlıq oyunu ilə bağlı yığmamızın baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Həsənov bunlar söyləyib:

“Bu toplanışda ikinci oyunumuzu keçirdik. İlk oyunda yaşca özümüzdən böyüklərlə qarşılaşdıq. Uduzmağımıza baxmayaraq, pis oynamadıq, sona qədər mübarizə apardıq. Həmyaşıdlarımıza qarşı keçirdiyimiz bu oyunda isə fərqli tapşırıqlar vermişdim. 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandadan tam razı qalmadım. Amma bu da təbiidir. Çünki bu komanda ilə beynəlxalq səviyyəli ilk oyunumuzu keçirirdik. Belə oyunların sayı çox olsa, uşaqlar sürətli oyuna tez alışacaqlar”.

(AFFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43