Dünya futbolu

Ferqyüson: “Çelsi”nin təklifini rədd etmişəm”

"Mançester Yunayted"in sabiq baş məşqçisis Aleks  Ferqyüson maraqlı açıqlamaları ilə diqqət çəkib.

İngilis mətbuatına danışan mütəxəssis, rus iş adamı Roman Abramoviçin "Çelsi"ni aldığı dövrdə "zadəganlar"dan  təklif aldığını təsdiqləyib:

"2003-cü ildə "Çelsi"dən menecerlər vasitəsilə təklif aldım, amma mən onlara "heç bir şansınız yoxdur" cavabını verdim".

"Qırmızı şeytanlar"ın hazırki məşqçisi Devid Moyes haqda da danışan Ferqyüson bunları dilə gətirib:
"Yunated" Moyes ilə əmin əllərdədir. O, güclü məşqçidir və daha da güclü olacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43