20 Sentyabr 2024
İdman

FIDE iştirakçıları açıqladı, Nicat Abasov siyahıda yoxdur

FIDE Namizədlər turnirinin iştirakçılarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Maqnus Karlsen rəsmi şəkildə yarışda iştirakdan imtina etmədiyi üçün Nicat Abasov siyahıya daxil edilməyib.

Turnirin reqlamətinə görə norveçli qrossmeyster iştirak etməzsə, o zaman dünya çempionatında 4-ci yeri tutan Nicat Abasov onu əvəzləyəcək.

Namizədlər turniri 2-25 aprel arasında Kanadanın Toronto şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43