İdman

FİDE prezidenti istefası ilə bağlı xəbəri təkzib etdi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatı təkzib edib.

İdmanxeber.com-un məlumatına görə, K.İlümjinov təşkilatın rəhbəri postundan getmədiyini bəyan edib. “Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”, – deyə o bildirib.

Bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43