Milli komanda

FIFA açıqladı: Azərbaycan millisi “DÇ-2018″də hansı səbətdə yer alacaq?

2018-ci ildə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhələsində püşkatma zamanı Azərbaycan millisinin hansı səbətdə yer alacağı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkili yığmamız 5-ci səbətdə yer alacaq. 

Bu səbətdə millimizlə birlikdə Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova milli komandaları da yer alıb. Bu isə o deməkdir ki, adıçəkilən millilərlə eyni qrupa düşməyəcəyik.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatma mərasimi iyulun 25-də Sankt-Peterburq şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43