Milli komanda

FIFA açıqladı: millimiz neçənci yerdədi?

FIFA milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Milli 1177 xalla 114-cü yerdədir.

Mozambik, Kenya, Fələstin, Zimbabve, Niger, Tailand kimi yığmalar Azərbaycandan öndədi. Azərbaycan millisindən 1 pillə geridə Kosovodu

Siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.

Oxşar xəbərlər

FİFA açıqladı: Millimiz mövqeyini qorudu

admin

Qurbanov Prosineçkinin köməkçisi oldu

admin

Millimizin təlim-məşq toplanışına 27 futbolçu çağırıldı

admin