Milli komanda

FIFA açıqladı: Millimizdən bərbad göstərici

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi millimizi ötən ayla müqayisədə 22 pillə geriləyib. 

Ötən ay Antalyada keçirilən Qazaxıstanla yoxlama matçında 0:1 hesabı ilə uduzan millimiz 134-cü pillədə qərarlaşıb.

Millimizin “DÇ-2018″in seçmə mərhələsindəki rəqiblərindən ən yaxşı göstəriciyiə Almaniya malikdi.

5 (4). Almaniya – 1309

26 (28). Şimali İrlandiya – 825

29 (25). Çexiya – 810

49 (51). Norveç – 605

199 (198). San-Marino – 20

Siyahıya Argentina millisi başçılıq edir. Belçika ikinci, Çili isə üçüncüdü. 

1 (2). Argentina – 1532

2 (1). Belçika – 1352

3 (5). Çili – 1348

4 (8). Kolumbiya – 1337

5 (4). Almaniya – 1309

6 (3). İspaniya – 1277

7 (6). Braziliya – 1251

8 (7). Portuqaliya – 1184

9 (11). Uruqvay – 1158

10 (9). İngiltərə – 1069


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43