Milli komanda

FIFA açıqladı: Millimizdən böyük sıçrayış

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi millimiz ötən ayla müqayisədə  21 pillə irəliləyib. Milli komandamız hazırda 321 xalla 105-ci yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 376 xalla 90-cı (+3), Kosovo 197 xalla 141-cı (+11), Malta isə 65 xalla 184-cü (+1) yerdədir.

Qeyd edək ki, siyahıya 1558 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1431), Belçika üçüncüdür (1298).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43