Kateqoriyasız

FIFA-dan əvəzetmələrlə bağlı yenilik

FIFA koronavirus pandemiyasından sonra bərpa ediləcək çempionatlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub. “Marca”nın xəbərinə görə, ali futbol qurumu görüşlərdə 5 dəyişikliyə icazə verəcək.

Bildirilir ki, yaxın günlərdə bununla bağlı açıqlama veriləcək. FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən də təsdiqlənməlidi.

AFFA da Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FİFA-ya müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43