Dünya futbolu

FİFA-dan ayağı qırılan futbolçuya həftədə 58 min avro

FİFA “Everton”un futbolçusu Şeymus Koulmanın 1 illik maaşını ödəyəcək.

Buna səbəb İrlandiya millisinin futbolçusunun DÇ-2018-in seçmə mərhələsində Uelslə görüşdə (1:1)  ayağının qırılmasıdır.

Bir il müddətinə sıradan çıxan 28 yaşlı müdafiəçinin bu müddət ərzindəki maaşını FİFA ödəməyi öz üzərinə götürüb. Ş.Koulman zədəsini sağaldana qədər ona hər həftə 58 min avro təzminat haqqı veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43