Dünya futbolu

FIFA-dan Məsiyevə yeni təyinat

FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43