16 Sentyabr 2024
Kateqoriyasız

FİFA-dan “Qarabağ”a məktub

FİFA-nın prezidenti Yozef Blatter  Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından “Qarabağ” (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması,  gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43