Dünyadan

FIFA Fair Play mükafatı FIFA könüllülərinə təqdim olunub

Yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçirilmiş FIFA Ballon d’Or 2014 tədbirində 1987-ci ildən bəri  hər il müxtəlif fan-klublar, assosasiyalar və fərdi oyunçulara verilən FIFA Fair Play mükafatı bu dəfə FIFA könüllülərinə təqdim olunub.

İdmanxeber.com-un məlumatına görə, Mükafatı təqdim edən FIFA-nın baş katibi Jerome Valcke çıxışında deyib: “Qürur hissi ilə bildirmək istərdim ki, minlərlə könüllülər bizim üçün örnəkdir. Onlar öz vaxtlarını və enerjilərini sərf edərək bizə Dünya Çempionatlarını daha da yaxşı keçirmək üçün kömək edirlər. Könüllülər bizim turnirlərə həvəs və hərarət qatırlar. Onlar turnirlərimizi xüsusi töhfə verirlər və bu ruhlandırıcı şəxslər olmasa, biz tədbirlərimizi dünyaya istədiyimiz kimi sərgiləyə bilməzdik”.

Xatırladaq ki, 2011-ci ildən başlayaraq AFFA-nın Könüllülük Proqramı həyata keçirilməkdədir. Ölkəmizdə futbol sahəsində könüllülüklə bağlı indiyə qədər keçirilmiş ən irihəcmli tədbir FIFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 olub. Çempionat ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak edib. Beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişafına töhfə olaraq 2014-cü ilin mayında AFFA-nın təşkilatçılığı ilə 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlərin iştirakı etdiyi Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib. (AFFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43