Dünya futbolu

FİFA ilin ən yaxşılarının adını açıqlayır – Ronaldo tədbirə getmədi

Tədbir Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi “The Best” mükafatına Luka Modriç , Məhəmməd Salah və Kristiano Ronaldo  namizəddir. Ən yaxşı məşqçi adına namizədlər isə Didye Deşam , Zinəddin Zidan  və Zlatko Daliçdir .

İtaliya mətbuatının yaydığı məlumatına görə, portuqaliyalı ulduz Ronaldo bu tədbirdə yer almayacaq. O, Turin klubunun digər oyunçuları kimi komandanın sıx qrafikinə görə tədbirə getməkdən imtina edib

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata K.Ronaldo layiq görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43