Dünya futbolu

FİFA ilk dəfə videotəkrarlardan istifadə edəcək

FİFA futbol oyunları zamanı ilk dəfə videotəkrardan istifadə edəcək.

İdmanxeber.com-un məlumatına görə, videotəkrardan ilk dəfə İtaliya ilə Fransa arasında keçiriləcək yoxlama görüşündə istifadə olunacaq. 

Bu qarşılaşma sentyabrın 1-də Bari şəhərində baş tutacaq.

Videotəkrar zamanı baş hakimin oyunu saxlamasına ehtiyac qalmayacaq. Bu funksiyanı əlavə hakim yerinə yetirəcək. O, videotəkrara baxdıqdan sonra baş hakimlə əlaqə saxlayıb, məlumat verəcək.

Videotəkrardan istifadəni mart ayında Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tövsiyə (İFAB) etmişdi. FİFA prezidenti Canni İnfantino bildirib ki, videotəkrardan istifadəyə bir konfederasiya, 12 milli assosiasiya maraq göstərib.

FİFA prezidenti qeyd edib ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı videotəkrardan yararlana bilərlər.

Avropa çempionatı zamanı qolun avtomatik təyin edilməsi sitemindən istifadə edilmişdi.(komanda.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43