Dünya futbolu

FİFA Messinin cəzasını ləğv etdi

FİFA Apelyasiya Komitəsi Argentina millisinin hücumçusu Lionel Messi barəsində çıxarılan 4 oyunluq cəzanı ləğv edib.

Bu haqda dünyanın ali futbol qurumunun saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Messinin hakimi söyməsi ilə bağlı lazımi sübutlar olmadığından qərarın ləğvinə qərar verilib.

Bundan öncə FİFA İntizam Komitəsi Messinin DÇ-2018-in Çiliyə qarşı keçirilən oyununda yan xətt hakimi söydüyünü əsas gətirərək futbolçuya 4 oyunluq cəza və 10 min İsveçrə frankı məbləğində cərimə tətbiq etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43