Kateqoriyasız

FIFA millimizin üzvünü cəzalandırdı

FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla ev oyununda qonaqların futbolçusu Olivye Tillə qarşı kobudluq etməsidir.

Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunluq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43