01 Oktyabr 2024
Kateqoriyasız

FİFA-nın yeni prezidenti ilk turda müəyyənləşmədi

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib.

İdmanxeber.com-un məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb.

Əsas mübarizə Canni İnfantino ilə Şeyx Salman ibn-İbrahim əl-Xəlifə arasında gedib. C.İnfantinoya milli federasiyaların 88, əl-Xəlifəyə  85 nümayəndəsi  səs verib. Digər namizədlər Əli bin əl-Hüseyn 27, Jerom Şampan 7  səs yığıb.

Birinci turda heç bir namizəd qalib olmaq üçün səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün FİFA prezidenti növbəti turda müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43