Kateqoriyasız

FİFA-nın yeni reytinqi açıqladı: millimiz neçəncidi?

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də  dəyişiklik olmayıb.

Qeyd edək ki, siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43