Dünyadan

FIFA “Qalatasaray”la 48 saniyənin söhbətini etdi

“Qalatasaray”ın “Borussiya”dan transfer etdiyi Kevin Qroskroytsun keçidində problem yaranıb.

İdmanxeber.com-un məlumatına görə, FIFA polşalı futbolçunun transferini rəsmən qydə almayıb.

Buna səbəb “sarı-qırmızılar” lazım olan sənədləri vaxtından 48 saniyə gec göndərməsi olub.

“Cim-Bom” bununla bağlı  FİFA-ya etiraz etsə də bir nəticəsi olmayıb.

Beləliklə, Qroskroyts “Qalatasaray”la ancaq məşqlərdə iştirak edə bilər. Polşalı futbolçuy yalnız 2016-cı il yanvarın 1-də “Qalatasaray”la rəsmi oyunlarına çıxa bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43