Kateqoriyasız

FIFA referimiz “Yuventus”un oyununda

Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rəhim Həsənov oktyarbrın 23-də keçiriləcək “Liepaya” (Latviya) – “Porto” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək.

Rauf Cabarov isə noyabrın 6-da oynanılacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşünün baş hakimi olacaq. Ona Namik Hüseynov və Pərvin Talıbov yardım edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43