Milli komanda

FİFA reytinqi açıqlandı – millimiz neçəncidir ?

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Yığmamız 1206 xalla 107-ci yerdədir.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü,  Uels (1525) 19-cu, Slovakiya (1483) 27-ci, Macarıstan (1412) 51-ci pillədə qərarlaşıb.

Siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43