Milli komanda

FİFA yeni reytinq cədvəlini açıqladı: Rusiya və Portuqaliyanın edə bilmədiyini millimiz bacardı

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi son iki oyunda 4 xal qazanan milli komandamız 88-ci pilləyə yüksəlib. 

407 xalla 19 pillə irəliləyən millimizin qrupdakı rəqibləri Rusiya və Şimali İrlandiya müvafiq olaraq 19-cu və 90-cı pillələrə eniblər. 

Qrup ikincisi kimi pley-offa vəsiqə qazanan Portuqaliya isə 14-cü pilləyə enib. Lüksemburq seçməsi isə 120-ci, İsrail isə 66-cı yerə enib. Ümumiyyətlə bu qrupda yalnız bizim milli irəliləməyə müvəffəq olub. Digər komandalar isə yalnız geriləyib.

Türkiyə millisi isə 40-cı yerdə qərarlaşıb. Ermənistan isə 37-ci pilləyə qalxmaqla, yüksəlişdə olduğunu bir daha göstərib.

Siyahıya həmişəki kimi İspaniya 1513 xalla başçılıq edir. Almaniya ikinci, Argentina isə üçüncüdür. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43