Milli komanda

FIFA yeni reytinqi açıqladı: Millimiz yenə gerilədi

FİFA milli komandaların növbəti reytinqi açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə  5 pillə geriləyib.

Prosineçkinin başçılıq etdiyi millimiz 252 xalla 138-ci pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 25-ci, Çexiya 30-cu, Norveç 51-ci, San-Marino isə 200-cü yeri tutur

Qeyd edək ki, siyahıya 1503 xalla Argentina yığması başçılıq edir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43