Dünya futbolu

Filip Lam və Xabi Alonso karyeralarını başa vurdular

“Bavariya”nın oyunçuları Filipp Lam və Xabi Alonso futbolçu karyeralarını başa vurublar.

İdmanxeber.com-un məlumatına görə, dünən onlar son oyunlarına çıxıblar. Bundesliqanın 34-cü turunda “Frayburq”a qarşı matç hər iki oyunçunun karyeraları ərzində sonuncu görüşləri olub.

Qeyd edək ki, “Bavariya” – “Frayburq” oyunu Münhen klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43