Ölkə futbolu

Filip Ozobiç: “Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik”

2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, İyunun 7-də başlayan hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirən “qırmızı-qaralar”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç toplanış barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“Avstriya toplanışının böyük hissəsi arxada qalıb. Hazırlıq prosesi yaxşı keçir. Bütün futbolçular maksimum gücləri ilə məşq edir. Yeni mövsümün ilk rəsmi görüşlərinə ciddi və çox yaxşı hazırlaşırıq. Toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Hesab edirəm ki, Rusiya “Axmat”ı ilə qarşılaşmada çox yaxşı oynadıq. Həmin matçda bəxtimiz gətirmədi. Bolqarıstan MOİK-i və Avstriya “Vakker”i ilə birgə mübarizə apardığımız turnirə gəlincə, “Axmat”la qarşılaşmadan sonra cəmi iki gün vaxtımız olmuşdu. Üstəlik bu müddətdə məşqləri də davam etdirmişdik. Bu üzdən turnir zamanı bir az yorğunluq özünü göstərdi. Yoxlama oyunlarının hər biri hazırlıq baxımından çox faydalıdır. Avstriyadakı son sınaqda “Lüdoqorets”lə görüşəcəyik. Bolqarıstan təmsilçisi çox güclü komandadır. Belə rəqiblə qarşılaşma maraqlı olacaq”.

Ardıcıl 4-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “Qəbələ” yarışa II təsnifat mərhələsindən başlayacaq. Ozobiç bu mərhələnin püşkatmasını dəyərləndirib:

“UEFA Avropa Liqasında asan rəqib olmur. Burada bütün komandalar çətin rəqib sayılır. “Qəbələ” II təsnifat mərhələsinin oyunlarına çox yaxşı hazır olacaq. Rəqibimizin müəyyənləşəcəyi “Yagelloniya” – “Dinamo” cütündə üz-üzə gələcək komandalardan hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdur. “Qəbələ” ancaq öz oyununu düşünməlidir. Biz yaxşı oyun nümayiş etdirib, bu mərhələni keçməliyik. İlk oyunun harada keçirilməsinin də önəmi yoxdur. Bilirəm ki, “Yagelloniya” son turadək Polşa çempionu adı uğrunda mübarizə aparıb. Bu da onların necə yaxşı komanda olmasının göstəricisidir. Gürcüstan təmsilçisi barədə çox məlumatım yoxdur. Amma hər iki komanda haqda məlumat toplayacağıq. Mövsümlərarası dövrdə heyətimizdə bir sıra dəyişikliklər gerçəkləşib. Amma futbolda belə olur. Bilirəm ki, azarkeşlərimiz yenə bizdən uğurlu çıxış gözləyir. Elə biz futbolçular da UEFA Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik. Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Simurq” “Qarabağ”la görüşə itkilərlə çıxacaq

admin

“Neftçi”nin baş məşqçisinin daha bir köməkçisi müəyyənləşdi

admin

“Traktor Sazi” məğlub oldu

admin