Kateqoriyasız

Finlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Finlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Jasmin Sabotic
Baş hakimin köməkçiləri: David Mateus Santos, Dani Dias Balsa
Dördüncü hakim: Jeremi Muller
(Hakimlər briqadası Lüksemburqdandır)

Qeyd edək ki, iyunun 7-də Helsinkidə “Helsinki Football Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43