İdman

“Fiorentina” “Qarabağ”la səfər matçına fərqli formada çıxacaq – FOTO

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Fiorentina” 2016-17 mövsümündə yeni formalardan istifadə edəcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, yeni formaların artıq təqdimatı olub.

 

İtaliya təmsilçisi narıncı rəngli formadan ilk olaraq məhz Avropa Liqasında yararlanacaqlar. 

Sentyabrın 15-də PAOK-la səfər qarşılaşmasında yeni formada meydana çıxacaq florensiyalıların Avroliqadakı səfər görüşlərində məhz narıncı formadan istifadə etməsi gözlənilir.

 

Qeyd edək ki, PAOK, “Qarabağ” və “Slovan”la eyni qrupda yer alan “Fiorentina” təmsilçimizlə ilk görüşünü II tur çərçivəsində evdə (29 sentyabr) keçirəcək. İtaliya klubunun Bakıya səfəri isə dekabrın 8-nə, qrupun son turuna təsadüf edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43