Ölkə futbolu

“Fırtınalar meydanı”nda zəfər qazanan klubun baş məşqçisi: “Meydançanın ot örtüyü yaxşı deyildi”

Topaz Premyer Liqasının ikinci turunda Lənkərana səfər edən “Sumqayıt” rəqibini 1-0 hesabı ilə məğlub edərək yüz faizlik nəticə ilə turnir cədvəlində ilk pilləni ələ keçirdi.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın çalışdırıcısı XL üzərindəki qələbəni belə şərh edib:

“Düzdür, rəqib komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar. Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək oyunlarda bizə köməyi dəyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43