Kateqoriyasız

“Fırtınalar meydanı”nı coşduran futbolçu karyerasını bitirdi

“Xəzər Lənkəran”ın sabiq futbolçusu İvan Svetkov futbolçu karyerasını başa vurmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, Bolqarıstanın “Botev” klubunda çıxış edən 35 yaşlı forvard yeni mövsümdən oynamamaq qərarına gəlib. 

Qeyd edək ki, Svetkov 2008-2010-cu illərdə “Xəzər Lənkəran”da oynayıb. O, bu komandadakı 50 oyunda 22 qola imza atmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43