Dünyadan

“Fırtınalar meydanı”nı şoka salan komanda Qazaxıstandan yarımcan qayıdır – VİDEO

UEFA Avropa Liqasında qrup oyunları keçirilir.

İsrailin “Makkabi” (Hayfa) klubu səfərdə Qazaxıstan “Şaxtyor”u ilə qarşılaşıb. Karaqandi təmsilçisi ilk hissədə vurduğu iki qolla hesabda önə keçsə də, bu üstünlüyünü sona kimi davam etdirə bilməyib və İsrail komandası ikinci hissədə vurduğu qollarla məğlubiyyətdən canını qurtara bilib – 2:2.

Qeyd edək ki, “Makkabi” (Hayfa) “Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43