Kateqoriyasız

“Fırtınalar meydanı”nın son durumu

“Xəzər Lənkəran” stadionun ot örtüyünün son durumu bəlli olub.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda “Fırtınalar meydanı”nın ot örtüyü normaldı. Yaxın günlərdə Lənkəran stadionuna toxum səpiləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” VII tur səfərdə “Qəbələ” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43