Kateqoriyasız

FLƏŞ! Rednikin “Xəzər Lənkəran”a yolu açıldı: “Mən heç bir klubla müqavilə bağlamamışam”

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik ölkəsinin mətbuat işçilərinə yaman əsəbləşib.

İdmanxeber.com-un məlumatına görə, Rednikə sabiq klubu “CFR Kluj”la bağlı sual vermıək istəyən həmkarlarımıza rumıniyalı mütəxəssis “Niyə mənə zəng edirsiz? Mənə Rumıniyada qayğı göstərmədilər. Diqqətdən kənar qaldım. Mənə “CFR Kluj” haqda sual verməyin. Bundan əlavə mən heçş bir klubla müqavilə bağlamamışam” –  deyə sərt təpki verib.

Sonda onu da qeyd edək ki, Rednikin Belçikanın “Mons” klubu ilə müqavilə bağlayacağı gözlənilsə də, bu son anda baş tutmayıb. Daha doğrusu “Mons” rəhbərliyi onunla maraqlandığını bildirsə də, sonda tərəflər ortaq məxrəcə gələ bilməyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43