Dünyadan

FLAŞ! Klub bazasında seks partisi təşkil edib, narkotik qəbul etdilər, komandadan qovuldular

Libertadores Kubokunun 1/4 final mərhələsində “Atletikos Nasional”ı iki cavabsız qolla məğlub edən Uruqvayın “Defensor Sportinq” klubunun futbolçularının oyundan sonra təşkil etdikləri seks partisi Cənubi Amerikada səs-küyə səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, hadisənin “qəhramanlar”ı isə Mattias Malvino və Ramon Arias olub. Sözügedən futbolçular klubun məskunlaşdığı otelə əxlaqsız qadınları çağıraraq seks partisi təşkil ediblər. Bundan əlavə partidə spirtli içki vəı narkotikdən də istifadə olunub. 

Məsələdən agah olan klub rəhbərliyi isə hər iki oyunçunu komandadan qovub.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43