Ölkə futbolu

FLAŞ TRANSFER: “Porto”nun futbolçusu “Qəbələ”yə gəlir

"Qəbələ" Rusiya yığmasının futbolçusu arat İzmaylovu transfer etməyə çox yaxındır.

Əyalət təmsilçisinin rəsmi saytında yer alan açıqlamada hazırda Portuqaliyanın “Portu” klubunda çıxış edən yarımmüdafiəçini icarəyə götürmək istədikləri bildirilir.  Artıq klubu və futbolçu ilə danışıqlara başlanılıb.

Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov Rusiya millisinin heyində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" daha sonra "Portu" klubunda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43