Kateqoriyasız

Flavinyo: “Eşitdiyimə görə …”

“Neftçi”nin futbolçusu Flavinyo Topaz Premyer Liqasının 10-cu turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb. O, klub saytına açıqlamasında bunları söyləyib:

“Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan “Rəvan” klubunu səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı. Eşitdiyimə görə “Rəvan”a yeni baş məşqçi təyin olunub. Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq. İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdı. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43