Ölkə futbolu

Flavinyo: “Həqiqətən də bu cəzaya layiq deyildim”

“Neftçi”nin futbolçusu Flavinyo AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin qərarına münasibət bildirib. O, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə “Neftçi” ilə yanaşı, şəxsən özüm də müraciət etmişdim. Dünən məşqdən sonra federasiyada oldum. Özüm də bu iclasda iştirak etmək istəyirdim. Komitə üzvləri qarşısında fikirlərimi bildirdim. Mənimlə yanaşı, baş hakim Rəhim Həsənov da orada idi və onun da fikirləri dinlənildi. Futbolçunun vəzifəsi meydanda futbol oynamaqdı. Gələcəkdə hakimlər ədalətli qərarları ilə elə etməlidilər ki, belə toplantılara ehtiyac olmasın. Rəhimlə də görüşüb səmimi söhbət etdik. Çox sevindiricidi ki, o da öz səhvlərini dərk edir. Gənc FİFA referisidi, əsas odu ki, öz üzərində daim çalışsın. Ona gələcəkdə Çempionlar Liqası və Avropa Liqasının qrup oyunlarını idarə etməyi arzulayıram. Eşitmişəm ki, Azərbaycanda çox güclü hakimlər olub. Elə “Qarabağ”la keçirəcəyimiz oyun da dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyan stadionda olacaq. Dünənki toplantı gec başa çatdığından, hansı qərarın qəbul ediləcəyini bilmirdim. Bu gün səhər qərarla tanış oldum və cəzamın yüngülləşdirilməsinə sevindim. Çünki həqiqətən də bu cəzaya layiq deyildim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43