Kateqoriyasız

Flavinyo “Neftçi”ni üzdü

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, "ağ-qaralar" Almaniyanın "Dinamo" (Drezden) komandası qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlanan matçda sevinən tərəf almanlar olub – 2:1.

Paytaxt klubunun yeganə qolunu Samir Məsimov vurub. Flavinyo isə penaltini boşa verib.

Xatırladaq ki, bu təlim-məşq toplamışı çərçivəsində "Neftçi" Kiyev "Dinamo"su ilə bərabər (2:2) qalıb, Rumıniyanın "Botoşani" klubuna isə uduzub (0:3).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43